Həbsdən qaçıb Azərbaycanda gizlənən mafioz çempion ÖLDÜ

06, 05, 25
11:30

Həbsdən qaçıb Azərbaycanda gizlənən mafioz çempion ÖLDÜ


Yunan-Roma güləşi üzrə SSRİ çempionu, Kiyev mütəşəkkil cinayətkar qrupunun keçmiş rəhbəri Viktor Avdışev vəfat edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, 69 yaşlı Avdışev ürək çatışmazlığından dünyasını dəyişib. O, 1978 və 1983-cü illərdə Dünya Çempionatının bürünc mükafatçısı olub.

1989-cu ildə Kiyev mütəşəkkil cinayətkar qrupuna rəhbərlik edib. 1995-ci ildə həbs olunsa da, o, Azərbaycana qaça bilib. Həmin il məhkəmə onu qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib və beynəlxalq axtarışa verilib.


Bizimlə əlaqə saxlayın