yuxarı
Yol polisini təhdid edən sürücü həbs olundu
26, 05, 25
16:00
Yol polisini təhdid edən sürücü həbs olundu
Bakıda “Opel” markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, eyni anda iki qayda pozuntusu edən sürücü saxlanılıb və barəsində protokol tərtib edilib.
Məlumata görə, sürücü DYP əməkdaşlarını şantaj etmək məqsədilə guya onlara pul verməsi ilə bağlı saxta videogörüntü çəkərək sosial şəbəkələrdə paylaşıb.
YPX əməkdaşı ilə sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb. Məlum olub ki, yol polisi sürücüdən pul istəməyib.
S.Məmmədov əməlini etiraf edib və həbs olunub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək