Çörək maşınında narkotik daşınıb - DİN

06, 06, 25
10:30

Çörək maşınında narkotik daşınıb - DİN


Bakının Xəzər rayonunda marketlərə çörək payladığı avtomobillə narkotik daşımaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonunda keçirilən əməliyyat zamanı 37 yaşlı B.Ş. tutulub. Onun evindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxs kamuflaj olunmaq məqsədilə mağazalara çörək daşıdığı avtomobili ilə narkotiklərin ünvanlara çatdırılmasını təşkil edib.

B.Şükürov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Bizimlə əlaqə saxlayın