Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı qaçırdı

21, 06, 25
09:00

Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı qaçırdı


Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu qız qaçırıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, axund Tahirov Turab Əliqan oğlu məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb.

Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Hadisə ilə bağlı başqa bir detal isə axundun məscidə yığılan pulları da ələ keçirməsidir. İddia olunur ki, axund məscidin 20 min manatını da ələ keçirib.


Bizimlə əlaqə saxlayın