Çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olundu

07, 07, 25
17:30

Çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olundu


Bakının Xəzər rayonunda keçirilən tədbir zamanı Buzovna qəsəbəsində çimərlik ərazisində bir nəfər tərəfindən tikinti işləri aparılması aşkar olunub.

Bu barədə "Azərbaycan Reallığı"na Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, özbaşına tikinti işləri apardığına görə həmin şəxs barəsində inzibati tədbir görülüb.


Bizimlə əlaqə saxlayın