Bakıda gənc oğlan bıçaqlandı

15, 11, 24
13:30

Bakıda gənc oğlan bıçaqlandı


Bakının Sabunçu rayonunda bıçalanma hadisəsi baş verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

2002-ci il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu tanımadığı şəxsin bıçaqlı hücumuna məruz qalıb. O, qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Ş.İsmayılov cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın