Bakıda kriminal aləm üzvü həyətində qətlə yetirildi - FOTO

11, 12, 21
19:30

Bakıda kriminal aləm üzvü həyətində qətlə yetirildi - FOTO


Bakıda kriminal aləmə yaxınlığı ilə tanınan Allahverdi Mirzəyev həyətində güllələnərək qətlə yetirilib. 

"Kriminalqafqaz"ın əldə etdiyi özəl məlumata görə, hadisə bu gün saat 22 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan Südçülük sovxozunda qeydə alınıb. 

Naməlum şəxslər 43 yaşlı Allahverdi Mirzəyevin evinə gələrək onu çənəsindən atəş açaraq qətlə yetiriblər. Hadisənin kriminal aləmə aid söhbət üstündə baş verdiyi bildirilir. 

A.Mirzəyevin sonu "313"lə nömrə ilə bitən "Mercedes Galendevagen" idarə etdiyi qeyd olunur. O, elə bu maşınla da tanınıb. 

Faktla bağlı araşdırma aparılır.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın