yuxarı
Azərbaycanda məktəbli bıçaqlandı: 7-ci sinif şagirdi saxlanıldı
15, 10, 24
18:00
Azərbaycanda məktəbli bıçaqlandı: 7-ci sinif şagirdi saxlanıldı
Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H. Qasımlı tərəfindən bıçaqlanıb.
Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək