Yevlaxdakı “Qaraçılar məhəlləsi”ndə qətl - Hamilə qadın öldürülüb

26, 11, 24
13:00

Yevlaxdakı “Qaraçılar məhəlləsi”ndə qətl - Hamilə qadın öldürülüb


Yevlax rayonunda həyat yoldaşı, 1987-ci il təvəllüdlü Sevinc Rəsulovanı qətlə yetirməkdə təqsirləndirilən Şərəvəddin Rəsulovun işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, iş üzrə toplanan materiallar araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Xalid Məmmədovun sədrlik etdiyi heyət tərəfindən baxılacaq.

Xatırladaq ki, hadisə bu ilin avqustunda “Qaraçılar məhəlləsi” deyilən ərazidə qeydə alınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi açılıb.


Bizimlə əlaqə saxlayın