Bakıda 251 min dollarlıq dələduzluq - Saxlanılanlar var

02, 12, 24
17:00

Bakıda 251 min dollarlıq dələduzluq - Saxlanılanlar var


Paytaxtın Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfər polis tərəfindən saxlanılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.


Bizimlə əlaqə saxlayın