Sensasion hadisə: Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı - ÖZƏL

03, 10, 22
15:00

Sensasion hadisə: Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı - ÖZƏL


Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

"Azərbaycan Reallığı" xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Əldə etdiyimiz xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.

Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat verəcəyik.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın