DTX əməliyyat keçirir: Daha bir məmur saxlanıldı

16, 11, 22
17:00

DTX əməliyyat keçirir: Daha bir məmur saxlanıldı


Hazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir. 

"Azərbaycan Reallığı" AZfront-a istinadən xəbər verir ki, DTX-nın keçirdiyi əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb. İlkin məlumata görə, o, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır. D.Atakişiyev külli miqdarda rüşvət almaqda şübhəli bilinir. 

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın