Zakir Qaralovun ətrafındakı halqa daralır - Məhbəsin 5 addımlığında...

20, 12, 22
19:00

Zakir Qaralovun ətrafındakı halqa daralır - Məhbəsin 5 addımlığında...


Son vaxtlar Milli Məclisin deputatları ard-arda Tərtər cinayətlərini gündəmə gətirirlər. Parlamentin ötən iclasında deputatlar Zahid Oruc, Qənirə Paşayeva və Elman Nəsirov, bu gün isə ölkənin ən stajlı parlamentarilərindən olan Elman Məmmədov Tərtər cinayətlərinin yenidən araşdırılmasını, günahkarların isə ən ağır formada cəzalandırılmasını tələb edib.  

Həmişə hakimiyyətə və məmurlara loyal münasibəti ilə seçilən bu deputatların birdən-birə tənqidi fikirlər səsləndirməsi, hətta Azərbaycan Respublikasının Hərbi Prokurorluğu kimi mühüm bir qurumun ləğv olunmasına dair çağırışlar etməsi çoxsaylı suallar doğurur. Arxada hansı proseslərin getdiyi məlum olmasa da, görünən odur ki, “Tərtər işi” hələ çox adamın “başını ağrıdacaq”. 

Yenisabah.az bildirir ki, Tərtər cinayətləri yenidən istintaqa qaytarılandan sonra mətbuatda ən çox 2 generalın - sabiq Baş prokuror Zakir Qaralovun və respublikanın hərbi prokuroru Xanlar Vəliyevin adı hallanır. Bir çox ekspert və hüquqşünaslar “Tərtər işi” fonunda bu iki şəxsin də cəzalandırılmasını tələb edirlər. Onların fikrincə, həm Zakir Qaralov, həm də Xanlar Vəliyev ən azı vəzifə səlahiyyətlərinə səhlənkar yanaşdıqlarına görə, qanun qarşısında cavab verməlidirlər.

Məlumatlı şəxs bizimlə söhbət zamanı hakimiyyətə yaxınlığı ilə seçilən deputatların “Tərtər işi”ni yenidən gündəmə gətirməsinin təsadüfi olmadığını deyib. Onun fikrincə, Tərtərdə baş verən bu ləkəni təmizləməyin yeganə yolu Qaralov-Vəliyev cütlüyünü məsuliyyətə cəlb etməkdir.

Mənbə deyib ki, istintaqda Zakir Qaralovun və Xanlar Vəliyevin vəzifə səlahiyyətlərinə səhlənkar yanaşdığını sübut edən xeyli fakt var.

Onun sözlərinə görə, hazırda “Tərtər işi”ndə zərərçəkmiş kimi tanınan ən azı 50 keçmiş hərbçinin ailə üzvləri Baş prokuror işlədiyi dövrdə Zakir Qaralovun qəbulunda olaraq, baş vermiş özbaşınalıqlarla bağlı onu yetərincə məlumatlandırıblar. Məlumatlı şəxs istintaq orqanlarında Zakir Qaralovun həbsini təmin edən yetərincə dəlilin olduğunu vurğulayıb. O, keçmiş Baş prokurorun məhbəsin 5 addımlığında olduğunu, amma bunun siyasi qərarla gerçəkləşəcəyini bildirib. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın