Ana və iki uşağını öldürən şəxsə ömürlük cəza

10, 02, 23
10:00

Ana və iki uşağını öldürən şəxsə ömürlük cəza


Bakıda həyat yoldaşının bacısını və iki uşağını öldürməkdə təqsirləndirilən Əhəd Əliyevin məhkəməsi başa çatıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Əhəd Əliyev ömürlük azadlıqdan məhrum edilib.

O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə ötən ilin fevralında baş verib. 1981-ci il il təvəllüdlü Əhəd Əliyev bıçaqla arvadının bacısı Gülnar Qaraxanova və onun iki azyaşlı övladını qətlə yetirib.

Qeyd edək ki, Ə.Əliyev 2007-2014-cü illərdə  Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru olub.

Amin Nəzərli

Fotoda: Qətlə yetirilən azyaşlılar


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841  
 

Bizimlə əlaqə saxlayın