SON DƏQİQƏ! Qanuni oğru "Opasnı Roma" azadlığa çıxdı

10, 04, 23
14:00

SON DƏQİQƏ! Qanuni oğru "Opasnı Roma" azadlığa çıxdı


Keçən ilin oktyabrında saxlanılan bir qrup qanuni oğru azadlığa çıxıb.

"Azərbaycan Reallığı" 
xəbər verir ki, azad olunanların arasında azərbaycanlı qanuni oğru Opasni Roma da var. Bu barədə teleqram kanalları məlumat yayıb. Belə ki, 2022- ci ildə Avstriyanın Vyana şəhərində polisin keçirdiyi əməliyyat zamanı 64 kriminal aləmin üzvü saxlanılmışdı.

Sxodka zamanı ələ keçirilən yeraltı dünyanın adamlarının  bəziləri sərbəst buraxılsa da, əksəriyyəti məhkəmənin qərarı ilə həbsxanaya göndərilib. Qeyd edək ki, əslən Şəkidən olan Opasni Roma bir vaxtlar Rövşən Lənkəranskinin yaxın adamlarından olub. Azadlığa çıxmış qanuni oğru hazırda Londondakı malikanəsində məskunlaşıb və müalicəsini davam etdirir. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın