"F-1” qumbarası aşkarlandı - Penitensiar Xidmət və DİN-dən birgə ƏMƏLİYYAT

01, 06, 23
09:00

"F-1” qumbarası aşkarlandı - Penitensiar Xidmət və DİN-dən birgə ƏMƏLİYYAT


Məhkumda əl qumbarası aşkarlanıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə keçirdiyi əməliyyat axtarış tədbiri nəticəsində hazırda Müalicə müəssisəsində saxlanılan məhkum Şərifov Etiram Bəxtiyar oğlunun azadlıqda olarkən əldə etdiyi bir ədəd “F-1” markalı əl qumbarası Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

Əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın