yuxarı
Azərbaycanda vəzifəli şəxsin övladının məclisi qan gölünə çevrildi, ölən və yaralılar var
02, 10, 23
15:00
Azərbaycanda vəzifəli şəxsin övladının məclisi qan gölünə çevrildi, ölən və yaralılar var
Sumqayıt şəhərində yerləşən şadlıq sarayının birində kütləvi davada ölən və yaralıların olduğu bildirilib.
"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə şəhər ərazisindəki şadlıq saraylarından birindəki toy məclisində baş verib.
Məlumata görə, Sumqayıtda toyda tərəflər arasında düşən dava Saray qəsəbəsi parkında davam etdirilib, İçkili tərəflər arasında gərginlik bir neçə nəfər bıçaqlanması ilə nəticələnib. Hadisə nəticəsində bıçaqlanan şəxslərdən biri ölüb, bir neçə nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qan gölünə çevrilən toy vəzifəli şəxslərdən birinin övladının məclisi olduğu da deyilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə WhatsApp (055) 8288841
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək