Bakıda bu poliklinika söküləcək

03, 10, 23
16:00

Bakıda bu poliklinika söküləcək


Bakı şəhəri, Binəqədi rayonu 6-cı mikrorayon ərazisində 27 nömrəli poliklinika binası söküləcək.

“Azərbaycan Reallığı” xəbər verir ki, poliklinika binasının yerində Ailə Sağlamlıq Mərkəzi tikiləcək.

Layihə-smeta sənədlərinin hazırlanması “BİMD” MMC-yə həvalə olunub. Səhiyyə Nazirliyi layihə ilə bağlı şirkətə 132 min manat ödəniş edəcək.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın