Deputat Elnur Allahverdiyevin "Kontakt Home"şirkəti vətəndaşa QARŞI - ŞİKAYƏT

04, 10, 23
15:50

Deputat Elnur Allahverdiyevin "Kontakt Home"şirkəti vətəndaşa QARŞI - ŞİKAYƏT


"1 il bundan əvvəl... ola bilsin, daha çox müddət əvvəl, "Kontakt Home" mağazalar şəbəkəsindən - "28 may filialı"ndan elektrik samokat almışdım. Səhərisi günü məhsulda problem çıxdı deyə qaytardım mağazaya ki məhsulu geri qaytarıram... problem var". "Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə "Hüquqşünaslar" qrupundakı paylaşımında Nicatt Məmmədov adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Dedilər, servisə getməlidi, baxış keçirilməlidir sonra... Servisə də özüm apardım, sənədsiz-zadsız... 1 həftə qaldı orda, zəng etdilər ki təmir etdik, mən də etiraz olaraq bildirdim ki təmir üçün yox, geri qaytarılma üçün müraciət etmişəm... Nə isə... götürdüm samokatı idarə etdim, yenə xarab oldu yolda və məni də maddi ziyana saldı.

Təzədən "Kontakt Home"a apardım taksi ilə... 14 gün tamam olmadığı müddətdə verdim mağazaya ki qaytarıram bu məhsulu.... istəmirəm.... problemi var. İndi isə məhkəməyə veriblər məni... Müştərini günahlandırırlar indi... mən nə edə bilərəm?" (DİA.AZ)

Bizimlə əlaqə saxlayın