SON DƏQİQƏ! DTX Naxçıvan Ali Məclisin sədrini qandallayaraq Bakıya gətirib

07, 10, 23
11:30

SON DƏQİQƏ! DTX Naxçıvan Ali Məclisin sədrini qandallayaraq Bakıya gətirib


Naxçıvan Ali Məclisi sədrinin iki gün öncə istefa vermiş birinci müavini Azər Zeynalov saxlanılaraq, Bakıya gətirilib."Azərbaycan Reallığı" xəbər verir ki, Bu haqda DİA.AZ-a onun yaxın qohumları məlumat verib.

Azər Zeynalov vəzifəsinə uyğun olaraq, Vasif Talıbovun istefasından sonra, bir ilə yaxındır ki, Ali Məclis sədrinin səlahiyyətlərini icra edirdi.

Yaxınlarının verdiyi məlumata görə, Azər Zeynalovu DTX əməkdaşları Naxçıvanda saxlayıb, sonra Bakıya gətiriblər. Onun hansı cinayət əməlinə görə saxlandığı haqda qohumlarında məlumat yoxdur.

Haqqında həbs qətimkan tədbiri seçilməsi üçün onun məhkəmə qarşısına çıxarılıb, çıxarılmayacağı məlum deyil.

Vasif Talıbovun ən etibarlı adamı sayılan Azər Zeynalovun adı korrupsiya və rüşvətxorluqda hallanır.

Xatırladaq ki, Azər Zeynalovun həbsi xəbəri yayılsada dünən bu məlumat bəzi yerli KİV-də təkzib olunmuşdu.

Bizimlə əlaqə saxlayın