AZAL İsrailə uçuşları DAYANDIRDI

07, 10, 23
20:00

AZAL İsrailə uçuşları DAYANDIRDI


İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti bazar günü, oktyabrın 8-nə planlaşdırılan Təl-Əvivin Ben Qurion hava limanına və oradan geri istiqamətində bütün reyslərini ləğv edir.
 
Bu barədə "Azərbaycan Reallığı"na "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.
 
Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Təl-Əvivə bileti alan sərnişinlər pulun tam geri qaytarılması və ya pulsuz bilet dəyişdirilməsi hüququna malikdirlər.
 
Dəyişikliklər barədə məlumat almaq üçün sərnişinlərə aviaşirkətin [email protected] elektron ünvanına müraciət etmələri tövsiyə olunur.
 
Aviaşirkət hazırda Təl-Əvivə aviabiletlərin satışını növbəti xəbərdarlığa qədər dayandırıb.
 
Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.

Bizimlə əlaqə saxlayın