"Hypnoze Club" Bakının mərkəzində yanğın təhlükəsi yaradır - VİDEO

08, 10, 23
15:30

"Hypnoze Club" Bakının mərkəzində yanğın təhlükəsi yaradır - VİDEO

Bir müddət bundan öncə paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location” adlı gecə klubunda partlayışa görə bir neçə nəfərin ölməsi, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi haqqda məlumat demək olar ki, ölkənin media gündəmini zəpt etmişdir. Hadisəyə görə çoxsaylı şəxslərin həbsi və vəzifəsini itirənlər də oldu 

Amma təəsüflər olsun bu xoşagəlməz hadisədən bəziləri dərs götürmək əvəzinə əksinə işlətdikləri məkanlarda bu cür hadisənin təkrarlanmasına real şərait yaradırlar. 

"Azərbaycan Reallığı"na video şikayət göndərən şəxs iddia edir ki təxminən bir neçə gün bundan öncə Səməd Vurğun 77 ünvanı Zabitlər Bağının yaxınlığında yerləşən "Hypnoze Club" sözün əsil mənasında yanğın təhlükəsizliyi qaydalarına riayət etməyərək təhlükə yaradıb. 

Sözü gedən clubda qanunla qapalı məkanlarda qadağan olunmuş fişəng çıl-çırağ və digər yandırıcılardan istifadə olunub ki, bu da sözün əsl mənasında həqiqətən məkanda olan qonaqlara və ətraf  obyektlərə ciddi şəkildə ziyan vurması qaçılmazdır.

Ümüdvarıq bu yazımızdan sonra aidiyyəti qurumlar yanğın təhlükəsizliyi qaydalarını pozduğu iddia edilən bu "Hypnoze Kulub" haqqında qanunu ölçü götürəcəklər.

Bizimlə əlaqə saxlayın