Samux rayon sakini Prezidentə müraciət etdi - 86 yaşlı qocaya kömək edəsiniz

11, 10, 23
14:30

Samux rayon sakini Prezidentə müraciət etdi - 86 yaşlı qocaya kömək edəsiniz

Samux rayonunda yaşayan 86 yaşlı Tahir Abdullayev saytımız vasitəsi ilə ölkə başçısı İlham Əliyevə muraciət edib. 

O bildirir ki, dəfələrlə Samux rayon İcra hakimiyyətinə müraciət etməsinə baxmayaraq onun müraciətlərinə baxan və cavab verən yoxdur.

Çarəsiz durumda qalan 86 yaşlı şəxs problemin yeganə həllini ictimailəşdirərək media vasitəsi ilə ölkə başçısına müraciət etməkdə görüb.

 "Azərbaycan Reallığı" açıq muraciəti olduğu kimi təqdim edir:  

Hörmətli cənab Prezident! 

Mən Tahir Məmməd oğlu Abdullayev 1948- ci ildə Qərbi Azərbaycandan gələn məcburi köçkün kimi Samux rayonu Alabaşlı qəsəbəsində qeydə alınmışam.

Bu gün mənim 86 yaşım var. Hal hazırda yaşadığım Samux rayon rəhbərliyi mənim şikayətlərimə baxmır.

İki dəfə evimi sel basıb, hal hazırda evim qəza vəziyyətindədir. Dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etməyimizə baxmayaraq heç bir tədbir görülmür.

Cənab Prezident! 

Bu haqda dəfələrlə yazılı şəkildə Prezident Administrasiyasına müraciət etməyimizə baxmayaraq, heç bir cavab almamışam, sonda bu qənaətə gəldim ki, göndərdiyim məktublar sizə çatmır.

Bu səbəbdən bu dəfə mətbuat vasitəsi ilə sizdən kömək istəmək qərarına gəldim.

Hörmətli Cənab Prezident! 

Sizdən xahiş edirəm ki, təbii fəlakət nəticəsində hər an başımıza uçacaq hala gəlmiş evimin təmiri üçün mənə, 86 yaşlı qocaya kömək edəsiniz.

Bizimlə əlaqə saxlayın