“Şəhid ailələri Prezidentin ali mükafatla təltif olunmasını arzulayır”

12, 10, 23
14:00

“Şəhid ailələri Prezidentin ali mükafatla təltif olunmasını arzulayır”

“Biz əminik ki, İlham Əliyevin rəhbərliyi, qətiyyətli siyasəti nəticəsində Zəngəzur dəhlizinin açılacağı gün heç də uzaqda deyil”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş xüsusi  iclasında bildirib.

“Bu gün atılan müdrik və uzaqgörən addımların bir hissəsi ona hesablanıb. Bu işdə möhtərəm Prezidentimizə yeni uğurlar arzulayırıq. 

Sonda şəhid ailələrinin bir israrlı arzu və təklifini diqqətə çatdırmaq istəyirəm. Onların arzusu xüsusi bir adın, ali mükafatın təsis olunması və cənab Prezidentin təltif olunmasıdır”, - deyə deputat vurğulayıb .

Bizimlə əlaqə saxlayın