"Kapital Bank" YAXASINI BELƏ KƏNARA ÇƏKİR - ŞİKAYƏT

18, 10, 23
14:30

"Kapital Bank" YAXASINI BELƏ KƏNARA ÇƏKİR - ŞİKAYƏT

"Bir neçə gün oncə "Kapital Bank"dan mənə zəng gəldi ki, şübhəli əməliyyat var... kartınızı bloklamışıq. Bot zəng eləmişdi, bəs blokdan çıxarmaq istəyirsizsə 1 düyməsin basın, mən də bunu etdim". “Azərbaycan Reallığı” xəbər verir ki, bunu öz şikayətində qeyd edən Vüsal İlyasovun baaşına nə gəlibsə də elə bundan sonra gəlib.

Narazı vətəndaş qeyd edir ki, nəicədə pulunu itirib amma müştərisi olduğğu bank məsuliyyətti öz üzərindən atır. V.İlyasov şikayəində qeyd edir: "Üstündən 2 gün keçəndən sonra kartımdan müəyyən məbləği məndən xəbərsiz "try" yolu ilə çıxıblar, "facebook" adı ilə əməliyyatlards əks olunub.

Bu barədə banka zəng vurdum, dedilər, siz özünüz "ksrt"i blokdan çıxardığınız üçün pulu qaytara bilmərik, məsəluyyəti öz üzərinizə götürmüş olmusunuz. Halbuki bu barədə mənə bildiriş olunmayıb.

Daha sonra digər "birbank" hesabındakı kartlarıma gürə narahat oldum və bankda məsləhət aldım ki nə edim... Dedilər, hesabi bloklayaq, dedim, hesabdan sonra istifadə edə biləcəm, dedilər, bəli, ərizə yazarsız... Ərizə yazdım hesab açıldı...

Daha sonra zəng vurdum, dedim, indi təhlükəsizlik təmin olunub? Dedilər, siz ərizə yazmısınız açılmağı üçün və məsuliyyəti öz üzərinizə götürmüsünüz!

Mən "Kapital bank"ın təhlükəsizlik təminatını heç anlamadım. Heç bir məlumat olmadan bank kartlarının elektron təhlükəsizliyini üzərimə yuklədilər... İndi dərd odur ki, arada oğurlanan pulumu qaytara da bilmirəəm..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq (DİA.AZ)

Bizimlə əlaqə saxlayın