Qara yelin qabağında qalmış insanların taleyi VİDEO+FOTOLAR

09, 08, 18
11:01

Qara yelin qabağında qalmış insanların taleyi VİDEO+FOTOLAR

Kadrlarda danışan səxslər Nərimanov rayonu Mayakovski küçəsi 8/9 ünvanında yerləşən sovetdənqalma yataqxanada məskunlaşan qaçqınlardır. Həmin yataqxana beş mərtəbədən ibarətdir. Hazırda həmin ölüm bazasında 4 qaçqın, bir xeyli də digər ailələr yerləşiblər. Onların çoxusunun yaşadıqları otaqlara qeydiyyat vərəqəsi var. Bu ölüm kameralarında yaşamış 38 qıçqın ailəsini artıq dövlət evlə təmin edib, kadrlarda danışan şəxslərdən başqa. Həm bu şəxslərin, həm də digər vətəndaşların məsələsinə aydınlıq gətirmək üçün, 

Azerbaycanrealligi.com xəbər saytı olaraq araşdırma apardıq əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinə üz tutduq. Qapıda gözətçi bizi top-tüfənglə qarşıladı. Bir təhər onu yola gətirdik. Gözətçi başçının birinci müavini Şahmar İbadov ilə telefon əlaqəsi yaratdı. Birinci müavin bizimlə görüşməkdən imtina etdi, gözətçi vasitəsilə bizə bildirdi ki, həmin yataqxanaya biz cavabdeh deyilik. Ona Bakı Şəhər İcra Hakimiyyəti məsuldur. Dedik: - Hər an bina uça bilər. Orada olan ailələr ölüm təhlükəsi altındadır. Binanın ətrafı və içərisi zibil içərisindədir. Mərtəbələr bir-birinin belinə minib. Gözətçi vasitəsilə müavin bildirdi: - Axı, bizlik deyil. Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edin.

Əlqərəz, üz tutduq müavin deyən ünvana. Xeyli çevir tatı, vur tatıdan sonra Bakı Şəhər İcra Hakimiyyətində bizim başımızın altına belə yastıq qoydular: - Nazirlər kabinetinə müraciət etmişik. Demişik ki, bina qəzalı vəziyyətdədir. Ancaq hələ bir cavab almamışıq. Zibil-mibil məsələsi də bizlik deyil. Bu işə Nərimanov Rayon İcra Hakimiyyəti baxmalıdır. Oradan üz tutduq el dilində “Qaçqınkom” adlana dövlət idarəsinə. Onlar da 2 günlük get-gəldən sonra yaxalarını belə kənara çəkdilər: - O qaçqınların birinin kəndi işğaldan azad olub. Getsin oraya. Yerdə qalan ikisinin adı siyahıda yoxdur. Biz heç nə edə bilmərik. Biz: - Onlar orada 1993-cü ildən məskunlaşıblar. Faktiki həmin yerdə yaşayırlar. Sübutlar N qədərdir. Azad olunan kənddə həmin qaçqının babasından qalma evi ermənilər tərəfindən yerlə yeksan edilib. İndi bu binəvaların günahı nədir? Sizin səhvinizi onların boynuna necə yükləyək? Siyahıda adları yoxdur, araşdırın siyahıya salın. İşğaldan azad olan kənddə ev tikin qaçqını orada yerləşdirin. Cavab: - Bu, sizin düşündüyünüz qədər asan məsələ deyil. Beləliklə, problem problem olaraq qalır və qalacaq. Çünki heç bir dövlət qurumu onu çözmək istəmir. Biri o birinin üstünə atır. Allah eləməmiş külək bir az bərk əssə, həmin binanın sakinlərini ölüm təhlükəsindən xilas etmək müşkül məsələ olacaq. Aidiyyatı qurumların məsələnin bu tərəfdən ciddiliyini nəzərə almağını istərdik.


Binanın qəzalı vəziyyətdə olması və bina ərazisinin natəmizliyi - FOTOLAR 
Məcburi köçkünlərin müraciəti - VİDEO 



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın