Tovuzun bu kəndində tibb işçisi tapılmır

01, 11, 23
09:30

Tovuzun bu kəndində tibb işçisi tapılmır


"Azərbaycan Reallığı" xəbər verir ki, Tovuz rayonunun, Qəribli kəndində tibb məntəqəsi baxımsız vəziyyətdədir.

Belə ki, 53 ildir fəaliyyət göstərən, içi və çölü sökülüb dağılan, antisanitariya mənbəyi olan, sözügedən tibb məntəqəsi Qəribli kəndindən başqa digər xırda kəndlər də daxil olmaqla 13 kəndin sakinlərinə xidmət göstərir.


Vətəndaşların sözlərinə görə, məntəqədə ixtisaslı həkimlər olmadığı üçün kənddən 50 km məsafədə yerləşən rayon mərkəzinə getməyə məcbur olurlar.

Bizimlə əlaqə saxlayın