Dəllək mühasib!

05, 11, 23
11:00

Dəllək mühasib!

"Azərbaycan Reallığı" xatırladır ki, bu gün respublikamızda demək olar ki hər sahədə inkişaf var. Demək olar ki, hər sahədə yeniliklər yaranır. Mən “demək olar ki” sözünü çox işlətməyimi yəqin ki oxucularımız heç də yaxşı qarşılamayacaq.

Ancaq sözümü belə başlamaqda fikrimi bildirmək üçün şərait yaratmaq istədim. Çünki bu gün Qazax Mərkəzi xəstəxanasının da demək olar ki baş mühasibi Namazov Məmməd Həsrət oğlu da demək olar ki özünü baş mühasib kimi aparır. Yəni ki Namazov Məmməd hər şeydən bacarır, təkcə mühasiblikdən başqa.

Misal göstərmək olar ki əvvəllər saç ustası (dəllək) işləyəndə pis deyildi. Bir xoşbəxtliyi də o idi ki, Qazax Rayon İcra Hakimiyyətinin birinci müavini Məmməd Alıyevin də dəlləyi idi. Sonralar bu dostluq M. Alıyevin hesabına dəllək Məmmədi daxili imkanlar hesabına Qazax Mərkəzi xəstəxanasına baş mühasib düzəltdirdi. Bilirəm yenə də deyəcəklər “düzəltdirdi” nədir.

Ona görə belə deyirəm ki axı Namazov Məmmədin Baş mühasib nədir, heç mühasibatlıqdan xəbəri yoxdur. Elə olmasaydı heç olmasa bir dəfə M. Namazov öz hesabatını özü yazardı. Yoxsa ki hər dəfə başqa başqa mühasiblərə pul verib hesabat işlətməzdi.

Aldığımız məlumata görə bu gün də Məmməd Namazov sərbəst hesabat apara bilmir. Hörmətli və dəyərli oxucularımız soruşa bilər ki bəs onda Məmməd Namazov nəyi bacarır?  Bəli bu sualın cavabı var. Birincisi dəlləkliyi bacarır. Hər cürə yozsanız elə o cürə də dəlləkliyi bacarır.

Məsələn saç da kəsir, cib də kəsir, hətta işçilərinin əmək haqqından da kəsir. Amma bir xasiyyəti var ki, işləyən işçilərin əmək haqqından kəsdiyi pul vəsaitini xoşuna gələn digər işçilərə yazır. Bu da Namazovun lazımlı adam olma reytinqini qaldırır. Misal göstərmək olar ki, adını çəkmədiyimiz bir xanım işçinin əmək haqqını çox yazmaq üçün bir müddət dil tökdükdən sonra M. Namazov həmin xanımı öz maşını ilə qonaqlığa aparan zaman bəxti gətirməyib.

Yolda həmişə ayıq və diqqətli olan polis işçilərinə ilişib. Bu hadisə zamanı bütün rayon əhalisi danışmağına baxmayaraq yenə də Namazov Məmmədin köməyinə Alıyev Məmməd çatıb. (Bu əhvalat barədə gələn dəfə ətraflı məlumat veriləcək). Belə ki, Qazax polis idarəsi bütün olanları tam açıqlığı ilə Qazax rayon İ.H.-nə bildirmişdir. Lakin M. Alıyev yenədə öz mahir bacarığı ilə Rayon İcra Başçısını aldada bilmiş və mövzunu bağlaya bilmişdir. Bəlkə də M.Alıyev düz etmişdir. Axı Məmməd Namazovun da ailəsi var.

Həmin qadın da ailəlidir. Əziz oxucilar! Mənim məqsədim kiminsə ailəsinə təsir etmək deyil, məqsədim odur ki Qazax rayonu kimi ziyalısı olan bir rayonda normal savadlı və tərbiyəsi yerində olan bir mütəxəsis yoxdurmu ki, bu boyda Qazax Mərkəzi xəstəxanasına savadsız və tərbiyəsi yerində olmayan bir dəllək baş mühasib işləyir. Aldığımız çoxsaylı müraciətlərin hamısını açıqlasaq, vallah utanc verici bir hal alınar.

Bizə yazılanlardan həmişə Qazax Rayon İcra hakimiyyətinin başçısı  haqqında çox yaxşı sözlər eşitmişik. Qazax Rayon I.H. həmişə təriflənib. Ancaq heç cürə başa düşülən deyildir ki N. Məmməd hansı yüksək keyfiyyəti ilə belə möhtəşəm bir postu tutub.

Söz yenə də Məşədi İbadın fikrinə gəlir. “VALLAH TARİXİ NADİRİ TAM OXUMUŞAM HEÇ NƏ BAŞA DÜŞMÜRƏM. BU CAMAAT NƏ BAŞA DÜŞSÜN” Oxucuların fikirlərinə hörmətlə yanaşaraq qarşı tərəfi dinləməyə həmişə hazırıq. Mövzu davam edəcək!

Bizimlə əlaqə saxlayın