“Badamlı Zavod-Anbar” ləğv olunur

06, 11, 23
13:00

“Badamlı Zavod-Anbar” ləğv olunur

“Badamlı Zavod-Anbar” MMC ləğv olunur.

“Azərbaycan Reallığı” xəbər verir ki, buna səbəb zavodun “Badamlı Mineral Sular” MMC-yə qoşulmasıdır.

Qoşulma nəticəsində “Badamlı Mineral Sular” MMC yenidən təşkil olunur.

Qeyd edək ki, “Badamlı Zavod-Anbar” MMC 14.05.2023 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 24,035 min manat, qanuni təmsilçisi Axundov Simral Fərəc oğludur.

Badamlı Mineral Sular” MMC isə 24.11.2008 tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçici Novruzov Namiq Yaqub oğlu, nizamnamə kapitalı 16 mln manatdır.


Bizimlə əlaqə saxlayın