Səkinə Sadıqova Sumqayıt səhiyyəsini bərbad vəziyyətə qoyub - FOTOLAR

11, 11, 23
13:30

Səkinə Sadıqova Sumqayıt səhiyyəsini bərbad vəziyyətə qoyub - FOTOLAR

Sumqayıtda 4 saylı Şəhər Xəstəxanası baxımsız vəziyyətdədir. "Azərbaycan Reallığı" xəbər verir ki, mövcud vəziyyət uzun müddətdir davam edir. 

Xəstəxananın tabeliyində olan 2 saylı Ailə Sağlamlıq Mərkəzində də vəziyyət eynidir. Hətta binanın eyvanlarının birində uçqunun olduğu bildirilir. 

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 4 saylı Şəhər Xəstəxanasının divarlarında iri çatlar əmələ gəlib. Pəncərələrin şüşələri sınıb, əvəzində taxta parçalarından istifadə edilir.

Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova təyin olunduqdan bəri bu müəssənin səhiyyə sistemində istər mediada istər səhiyyə tibb müəsələrində kifayət qədər narazlıqa rast gəlmək olar.

Maraqlıdır, Səkinə xanım bu quruma rəhbər təyin olunduqdan sonra onun özünün əyləşdiyi Sumqayıt Tibbi Mərkəz 4 il ərzində 3 dəfə remont edilib. Maraqldır ki, bu qısa müddət ərzində Səkinə xanımın əyləşdiyi bir mərkəzi bu qədər ard-ardınca vəsaitlər ayırıb təmir etməyə vadar edən nə olub?  

Səkinə Sadıqova Sumqayıt şəhər səhiyyə şöbəsinə dövlətin ayırdığı pulları mənimsəməsi ilə bağlı dəfələrlə mediada silsiləsi yazıların şahidi olmuşuq. Elə bu gün də media üzərindən axtarış versək bu yazılara kifayət qədər rast gəlmək olar.

Onun adını dövlətin səhiyyəyə  ayırdığı külli miqdarda vəsaiti mənimsəməklə, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırmaqla, həkimləri işdən çıxartmaq  adı ilə  külli miqdarda pullar mənimsəməsi kimi iddialarda irəli sürülür.

Səkinə Sadıqova 2019-2020-ci illərdə 32 şirkətlə əməkdaşlıq edib, daha doğrusu, tender keçirərək 32 şirkəti qalib elan edib. Və nəticədə 3 milyona  yaxın dövlət vəsaitini  özü bildiyi kimi xərclədiyi kimi ittihamlardan rast gəlmək olar.

Xanım Sadıqovanın rəhbərlik etdiyi müəssisə mətbəə blankı almaq üçün  “BURRELL  TT”  MMC  ilə  19 min 959 man 53 qəpik , “A4 Plaza” MMC ilə  49 min  955 manat 90 qəpik  məbləğində müqavilə imzalayıb. Maraqldır bu qədər blank hara və nəyə sərf olunub?

Daha sonra yerli Kütləvi İnformasıya Vasitələrində araşdırma etsən Səkinə Sadıqova adı təkcə bu qalmaqallarla bitib tükənmək bilmir. Onun özünə təmtəraqlı ad günü keçirməsi, bahalı mülklərə və avtomobillərə sahib olması, bir sözlə nazirlərdən də yaxşı həyat tərzi sürməsi barədə məlumatlarda rast gəlmək olar. 

Bizimlə əlaqə saxlayın