Tanınmış iş adamı məşhur seriala çəkildi - "Biz köhnələrdənik"

14, 11, 23
10:00

Tanınmış iş adamı məşhur seriala çəkildi - "Biz köhnələrdənik"

Artıq başlaması ilə gündəmi zəbt edən və qısa zamanda böyük izləyici kütləsi toplayan, "ARB" telekanalında yayımlanan "Kölgə möhürnamə" serialı demək olar ölkədə böyükdən tutmuş uşağa kimi hər kəsin rəgbətin qazanıb, hər kəs bu serialın vaxt-zamanın səbirsizliklə gözləyir, serialda bir çox istiqamət var, əsas da dəyərlərin qorunması, insanların marifləndirilməsi istqamətində obrazlar canlandırılır.
Sözü gedən seriala qatılan "Şamxal" obrazı serialda görünməyi ilə hər kəsin diqqətini özünə cəlb edə bilib, demək olar onun serialda səsləndirdiyi sözlər cəmiyyətdə insanlar arasında tələbat kimi səsləndirilir.
"Biz Köhnələrdənik" sözü insanlar arasında xususi marağa səbəb olub. "Bəzən insanlar yayda kölgəsində dincəldiyi ağacı qışda unudurlar", "Güclü və ağıllı insanlar intiqam almağı sevməzlər", "Dost dosta köməyini dostu bilmədən etməldir" kimi serialda səslənən fikirlər insanların mariflənməsi, gənc nəsillərin pis vərdişlərdən kənar olması üçün düşünülmüş gedişlər sayıla bilər.
Bir çox jurnalistlər, bloggerlər, siyasətçilər, ictmai şəxslər serialda iştirak edən "Şamxal" obrazını canlandıran şəxsi realda yaxından tanmaq istəsələr. Bəs Şamxal kimdir?
Serialda Şamxal adı ilə tanınan amma əsil kimliyi  Emin Hüseynov olan bu şəxs böyük xeriyyətçi və iş adamı kimi tanınır Gəncə və Göy-göl şəhərlərində xüsusəndə Gəncə şəhərində böyük hörmətə malik olan iş adamlarından biridir.
Loru dildə desək onun qapısını döyüb ondan kömək istəyən şəxslər əli boş qayıtmayıb, onu tanıyanlar bildirir ki, Emin bir çox sosial durumu ağır olan Şəhid və Qazi ailələrinə köməkliklər edir ki, onu bəziləri kimi reklam etməyi xoşlayan insanlardan deyil.
"Azərbaycan Reallığı" əldə etdiyi məlumata görə Emin Hüseyinov məhşur “Quseynoff” şərab şirkətinin rəhbəridir. Həmçinin o bir çox bizneslərin sahibidir. Serialda səsləndirdiyi kimi "Dost dosta köməyini dostu bilmədən etməldir" qaldı seriala çəkilməyi haqqında bu fikirləri deyib:
"Bu vaxta kimi mənə bir çox filimlərə, seriallara çəkilmək təklifi olub, amma nədənsə bu serial mənə doğma kimi gəldi və seriala çəkilmək qərarına gəldim, bundan sonra da təkliflər olarsa düşünüb qərar verib dəyərləndirmək olar" - deyə Emin Hüseynov bildirib.

Bizimlə əlaqə saxlayın