Mingəçevir merinin 4 milyonluq TENDERİ YOLA SƏPƏLƏNDİ

15, 11, 23
09:30

Mingəçevir merinin 4 milyonluq TENDERİ YOLA SƏPƏLƏNDİ

Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi xüsusi texnikaların satınalınması ilə bağlı elan etdiyi tenderdə qalib olan şirkət "Unitexnika" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 129 min 92 manatdır.

"Unitexnika" MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Edvin Mustafayev Valeh oğludur. Müqaviləyə görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olan MTK-ya teleskopik qaldırıcı səbət və mişar dəyirmanı alınmalıdır. Belə tenderlər az deyil, davamlı olaraq Mingəçevir Şəhər İcra Hakimiyyəti tender elan edir.

Nəzərinizə çatdıraq ki, 2022-ci il tarixli tender elanında qeyd olunub ki, Mingəçevir şəhər küçələrinin asfalt örtüyünün əsaslı təmirinə 2 milyon 169 min 787 manat vəsait ayrılıb. Sonradan aydın olur ki, 2023-cü il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyəti adı qismən dəyişərək yolların və səkilərin əsaslı təmir işinə 2 milyon 184 min 640 manat maliyyə ayrılıb.



Bizimlə əlaqə saxlayın