Qanunsuzluqları gizlətmək üçün icra başçısının qaynına zəng etdi! Masallıda məmurun film kimi "fəaliyyəti"...

16, 11, 23
19:30

Qanunsuzluqları gizlətmək üçün icra başçısının qaynına zəng etdi! Masallıda məmurun film kimi "fəaliyyəti"...

Bir müddət öncə sensasion xəbərlərlə gündəm olan Masallı rayon Sığdaş kənd icra nümayəndəsi İsrafil Əliyev vəzifəsindən azad edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, rayonun icra başçısı məsələni dərhal nəzarətə götürüb və Sığdaş üzrə nümayəndəsini işdən çıxarıb.

Belə ki, vətəndaş Ağayev Eminin evini, vətəndaşın torpağını ələ keçirən İsrafil Əliyev hələ də mülkləri sahibinə qaytarmaq istəmir.

Əvvəllər Covid-19 üçün saxta arayış, oğluna karantin vaxtı dəbdəbəli toy, bələdiyyə aid olan antena gülləsindən aldığı qanunsuz pullarla tanınan İsrafil Əliyev indi də özünü müdafiə etmək üçün maraqlı addım atıb.

Yaxınları zərərçəkmişlərə bildirib ki, Masallı rayon İH-nın başçısı ilə İsrafil Əliyevin qohumları Rusiyada bərabər çalışır və yaxşı əlaqələri var.

Bu üzdən qanunsuz işlər görməsinə baxmayaraq icra başçısı onunla bağlı sərt qərar verməyəcək.

Qeyd edək ki, son  dövrlər ciddi kadr islahatı yaşayan Masallıda bu xırda məmurun taleyi hər kəs üçün maraqlıdır.

Məsələni diqqətdə saxlayacağıq!

"Azərbaycan Reallığı" yazıda adı çəkilən hər kəsin mövqeyini tanıyır. 

Bizimlə əlaqə saxlayın