SON DƏQİQƏ! Emin Əmrullayev və Kəmaləddin Heydərov üçün "əcəl zəngi"

20, 11, 23
09:00

SON DƏQİQƏ! Emin Əmrullayev və Kəmaləddin Heydərov üçün "əcəl zəngi"

Azərbaycan hakimiyyətində anonsu verilən kadr dəyişikliyi gerçəkləşmək üzrədir. 

Yaxın günlərdə hökumətdə təmsil olunan 2 yüksək rütbəli məmurun postu ilə vidalaşacağı gözlənilir.
 
Bu barədə "Azərbaycan Reallığı"na iqtidar düşərgəsindəki nüfuzlu mənbədən bildirilib. Qeyd olunub ki, kariyerası ilə vidalaşacaq hər 2 şəxs nazirdir.
 
Məlumatlı şəxs yol üstündə olan 2 şəxsin Fövqəladə hallar Naziri Kəmaləddin Heydərovun başçılıq etdiyini bildirib. Onun sözlərinə görə, postunu təhvil vermək K.Heydərovun öz arzusudur. Mənbə "fövqəlnazir"in hələ ötən ilin dekabrında istefa ərizəsi yazdığını bildirib.
 
Postunu itirməsinə real baxılan üçüncü hökumət üzvü isə Elm və Təhsil naziri Emin Əmrullayevdir. Həmkarları ilə müqayisədə xeyli gənc və enerjili olan Əmrullayevin "vurulmasının" sırf ictimai rəylə bağlı olduğu deyilir.
 
Təhsil sektorunda yaranmış sosial narazılığın sürətlə böyüməsi E.Əmrullayev üçün "əcəl zəngi" sayıla bilər.
 
Bildirək ki, E.Əmrullayevlə bağlı sərt qərarın qəbul ediləcəyinə real yanaşmayanlar da var. Onların fikrincə, 41 yaşlı nazirin cəmi 3 il əvvəl bu posta təyinat alması onun adını "qara siyahı"dan çıxara bilər.
 
Həmsöhbətimiz isə cəzalandırma prosesində bu faktorun aparıcı rol oynamadığını düşünür. Onun sözlərinə görə, Azərbaycanda yüksək rütbəli məmurların erkən cəzalandırılması presedenti var:
 
"Sabiq Mədəniyyət naziri Anar Kərimov 5 yanvar 2021-ci ildə vəzifəyə təyin olunmuşdu, amma fəaliyyəti ilə bağlı narazılıq artdığı üçün nazir postunda 1 ilini belə tamamlaya bilmədi".
 
Xatırladaq ki, A.Kərimov 5 yanvar 2021-ci ildə Mədəniyyət naziri təyin olunsa da, təxminən 1 il 11 ay sonra - 22 dekabr 2022-ci ildə tutduğu vəzifədən azad edilib.

Bizimlə əlaqə saxlayın