Rəcəb Babaşovun müavinindən şəhid ailələrinə hörmətsizlik

24, 11, 23
10:30

Rəcəb Babaşovun müavinindən şəhid ailələrinə hörmətsizlik

Qazax rayon icra başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyevin qazi ilə davranışı və şəhid ailələrinə etdigi hərəkət səs-küyə səbəb olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, 27 sentyabr – Anım günü ilə bağlı tə qazilər və şəhid ailələri bir yerə toplaşaraq havaya yanar hava şarları buraxıblar

Həmçinin tədbirdə digər şəxslər iştirak ediblər.

Tədbirin sonunda isə birinci müavin qazilərdən birini icra hakimiyyətinin binasında soruğulamağa başlayıb. O, şəhid ailələrindən kimlərin orda olduğunu niyə onlara xəbər vermədən gəldiklərini soruşub. Digər tərəfdən, Məmməd Alıyev tədbirin bir hissəsi olaraq edilən atəşfəşanlıqla bağlı görüntüləri qazilərin əllərindən alaraq paylaşmaqlarını əngəlləyib

Birinci müavin bəhanə edib ki, görüntüləri paylaşmaq təhlükəli hesab olunur.

Məsələ ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da heç bir rəsmi şəxs telefonlara cavab verməyib. Nə də birinci müavin şəxsi istifadəsində olan əlaqə nömrələsinə cavab verməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (32gun.az) 

Bizimlə əlaqə saxlayın