Akif İskəndərovdan ədalətsiz qərar: Bakı Apellyasiya Məhkəməsinin hakimi kimin maraqlarını üstün tutur?

28, 11, 23
08:30

Akif İskəndərovdan ədalətsiz qərar: Bakı Apellyasiya Məhkəməsinin hakimi kimin maraqlarını üstün tutur?

Vətəndaş müraciət edərək bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İskəndərov tərəfindən açıq-aşkar qanunsuz Qətnamə çıxarılmışdır. 

"Azərbaycan Reallığı" xəbər verir ki, keçmiş həyat yoldaşı ilə iki il əvvəl nigahları pozulan zaman uşaqları atanın yanında qalmaq istəmiş və keçmiş həyat yoldaşı da razılıq barədə ərizə vermişdir. Nigah pozulandan sonra ana uşaqlarla görüşməmiş və görüşmək üçün heç bir cəhd etməmişdir.

Lakin iki il sonra iddia qaldıraraq uşaqları tələb etmişdir. Sabunçu Rayon Məhkəməsində işə baxılan zaman lazımi rəylər toplanmış, uşaqların atanın yanında saxlanılması göstərilmişdir. Məhkəmə ananın iddiasını rədd etmişdir.

Apellyasiya məhkəməsi də psixoloji ekspertiza təyin etmiş, ekspert də uşaqlara heç bir təsir olmadığını, uşaqların atasına bağlı olmasını yazmışdır.

Eyni zamanda məhkəmə iclasında uşaq atasının yanında qalmaq istədiyini, anası ilə getmək istəmədiyini bildirsə də məhkəmə uşaqların mənafeyini yox, başqa maraqları üstün tutaraq, uşaqların atasından alınması barədə qətnamə qəbul etmişdir.

Bizimlə əlaqə saxlayın