“Kanal 13”ün rəhbəri Əziz Orucov həbs olundu

28, 11, 23
09:00

“Kanal 13”ün rəhbəri Əziz Orucov həbs olundu

“Kanal 13” internet televizayasının rəhbəri Əziz Orucov saxlanılıb.

“Azərbaycan Reallığı”
xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb. 

Vəkil Bəhruz Bayramov bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Əziz Orucovun evində axtarış aparıb. O, hazırda polis idarəsinə aparılır.

Kanal rəhbərinin konkret cinayət işi ilə bağlı saxlanıldığı deyilir.

Vəkili Bəhruz Bayramov bildirir ki, Ə.Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham olunur. O, şübhəli şəxs qismində saxlanılıb.

Bizimlə əlaqə saxlayın