Masallıda şok olay - 9 yaşlı nəvəmi gözümün qarşısında qaçırdılar. 73 yaşlı nənə Prokurorluqdan kömək istəyir (VİDEO)

08, 12, 23
09:00

Masallıda şok olay - 9 yaşlı nəvəmi gözümün qarşısında qaçırdılar. 73 yaşlı nənə Prokurorluqdan kömək istəyir (VİDEO)

Masallı rayon Prakroru Veli Mustafayevə

Masallı rayon İsgəndərli kəndi, Bahadur Məmmədov küçəsi, ev 92-də yaşayan  İncibəyim Yaqubova Əziz qızı tərəfindən       

Ərizə  

Mən İncibəyim Yaqubova 73 yaşım var. Yuxarıda qeyd olunan ünvanda 9 yaşlı nəvəm Fatimə Rəhimova Zabil qızı ilə tək yaşayıram. Gəlnim Rəhimova Şəms Əzizağa qızı 6 ildir övladı Fatiməni mənim üsdümə ataraq bizim evi tərk edib və anası Pakizənin evinə yerləşib. 2016-cı ildə evdən gedərkən mənim və ona aldığım brilliant qaşlı qızılları, zaksın və digər sənədlərini özü ilə aparıb.

6 il müddətində bir dəfə də övladı ilə maraqlanmayıb. Mən bir neçə dəfə körpə Fatiməni bacım vasitəsi ilə Şəmsin anasın evinə yolladığım halda, 3 yaşlı Fatiməni qapıdan qovublar. Pakizə “Zabilin küçüyü bizə lazım deyil. Mən qızımı Zabildən ayırıb, başqa bir oğlana ərə verəcəm“ ifadələrini işlədib. Şəmsin bizimlə yaşaması üçün ona hər cür şəraiti yaratmış və dəfələrlə xəbər yollamışıq, lakin o imtina edib.

Bu yaxınlarda Şəms pul sevdasına düşərək, aliment və ünvanlı sosial yardım almaq iştahı ilə qanunazid cinayət planı quraraq uşaq oğurluğuna əl atıb. 27.10.2023-cü il tarixində Şəms başda olmaqla qardaşı Ravil, icratçılar və bir neçə polis əməkdaşı Masallı rayon İsgəndərli kənd orta məktəbinin direktoruna xəbərdarlıq etmədən məktəbə basqın edərək dərs vaxdını pozub və 3-cü sinif şagirdi 9 yaşlı Fatimə Rəhimova Zabil qızını qaçırmağa çalışıb.

Digər məktəblilərin gözü qarşısında Fatimənin qolundan dartaraq “Fatimə gəl gedək mənimlə qal. Köpək, kaftar nənən öləndən sonra kim sənə baxacaq?“ ifadələrini deyib. Balaca Fatimə isə cavab olaraq “Mənə sənin kimi ana lazım deyil. Məni 3 yaşımda atıb getmisən, mənə analıq etməmisən, səni istəmirəm. Məni nənəm saxlayıb, onunla qalıram.” Bunların şahidi olan polis işçiləri, Fatimənin sinif rəhbəri Bahar müəllimənin yanında sorğu sual etdikdən sonra məktəbi tərk ediblər. Sonrasında balaca Fatimənin halı pisləşib və müəllimlər ona yardım ediblər.

24.11.2023-cü il tarixində qohumlarım bizdə olarkən həyət qapımız döyüldü və bunu eşidən Fatimə mənə “Nənə qapını açma, Şəms məni aparmağa gəlib, qorxuram. Mən onu istəmirəm” dedi. Şəms qışqıraraq mənə qarşı “Köpək, qoca kaftar sənin acığına icra işçilərinə, Şövləyə, Zaminə, polislərə 1600 manat pul vermişəm Fatiməni almaq üçün” ifadələrini dedi və məni nəlayıq sözlər ilə təhqir etdi. Bundan əlavə olaraq Şəms qeyriqanuni qətnamə çıxartdırıb.

01.12.2023-cü il tarixində İcra Hakimiyyətindən Bahar müəlliməyə bildiriblər ki, İncibəyim ilə Fatimə İcra Hakimiyyətinə gəlsin. Getməmişdən əvvəl Fətimə mənə “Nənə biz tək getməyək. Qorxuram məni orda oğurlayarlar. Bahar müəllimənin həyat yoldaşı Hamlet müəllim də bizimlə birlikdə gəlsin”dedi. Hamlet müəllim ile birgə İcra Hakimiyyətinə getdik. Orada işi icra edən şəxs Şövlə məni və nəvəmi qəbul etdiyi otağa Hamlet müəllimi qəbul etmədi. Buna görə dəhlizdə gözləməli oldu.

Xeyli sorğu sual zamanı Şövlə və Zamin nəvəm Fatiməni diqqətdən yayındırmağa çalışsalar da Fatimə öz fikirlərini belə bildirdi: “Mənə belə ana lazım deyil. Ondan imtina edirəm. 3 yaşımda məni atıb gedib. 6 ildir nənəmin himayəsində sağlam şəraitdə təhsilimə davam edirəm. Dərs əlaçısıyam, hər ay nənəm 3 fən üzrə hazırlıq üçün ödəniş edir. Nənəm mənə yaxşı baxır. Əslində mən 5 ci sinifdə oxumalı idim. Lakin Şəms mənim sənədlərimi özündə saxlayıb vermədiyinə görə 2 il gec getməli oldum.

Atam Zabil sənədlərimi hazırladıqdan sonra məni məktəbə qabul etdilər”. Danışıqlar zamanı Şövlə ilə Zamin arasında davamlı pıçıldaşmalar olurdu. Fatimənin anası Şəms sorğu zamanı otaqdakı polislərin qarşısında ağzından çıxanı danışır və məni təhqir edirdi. Mən özümü pis hiss etdiyimə görə ayaq yoluna, 2-ci mərtəbədən birinci mərtəbəyə gedərkən dəhlizdən qışqırıq səsləri eşitdim. Geri qayıtdıqda gördüm ki, Fatimə qışqıraraq məni köməyə çağırırdı “Nənə məni oğurlayırlar, kömək elə.

Qoyma aparsınlar“. Mənim ayaq yoluna getməyimdən sui istifadə edən İcra Hakimiyyəti işçiləri Şövlə, Zamin, digər işçilər və polislər nəvəm Fatimə Rəhimovanın Şəms tərəfindən oğurlanmasına yaxından köməklik göstəriblər. İcra Hakimiyyətinin arxa qapısından Şəms və onun sevgilisini (qara görünüşlü bir kişi) ümumilikdə 6 nəfəri, Fatimənin əlini və ayağını qatlayıb tünd boz rəngli, nömrəsi palçıqla örtülmüş mercedes markalı avtomobilə soxarkən gördüm.

Fatimə qaçıb məni qucaqlamaya çalışarkən 4 nəfər polis məni arxadan dartıb, itələyərək Fatimədən uzaqlaşdırdı və Fatiməni yenidən zorla maşına saldılar. Yuxarıda adlarını qeyd etdiyim şəxslər Fatimənin oğurlanmasında iştirak ediblər. İcra Hakimiyyətində məni və nəvəmi qışqırdaraq, köməksiz fəryad içində həyəcan yaşatdıqlarını İcra Hakimiyyətinin otaq, dəhliz, binanın ön və arxa həyət kamera görüntülərində izləsəniz, baş verən uşaq oğurluğunun şahidi olacaqsınız.  

Cənab Prokuror sizdən artıq dərəcədə xahiş edirəm. İcra Hakimiyyətində 01.12.2023-cü il tarix, saat 10-radələrindən sonrakı bütün kamera görüntülərinin izlənməsinə və baş verən hadisələrin araşdırılmasına göstəriş verəsiniz. Məni nəvəmin taleyi maraqlandırır. Şəms Fatimənin oğurladıqdan sonra hara apardığını bilmirəm. Hadisədən sonra bizimlə əlaqə saxlamayəblar. Nəvəmin səsini eşitmək və özünü görmək istəyirəm. Ümid edirəm ki, mənim nənə fəryadımı nəzərə alacaqsınız.


Hörmətlə: İncibəyim Yaqubova
Əlaqə Tel: (051) 5044698

"Azərbaycan Reallığı" olaraq yazıda adı çəkilən hər kəsin mövqeyini tanıyırıq

Bizimlə əlaqə saxlayın