Bakıya buz kimi günlər gəlir: Qar, şaxta...

18, 12, 23
11:00

Bakıya buz kimi günlər gəlir: Qar, şaxta...

Xəbər verdiyimiz kimi, Bakıya sulu qar, rayonlara qar yağacaq.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometroloji proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyir ki, sabah havanın Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-7° isti olacaq. Sabah rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Bəs bu cür hava nə vaxta qədər davam edəcək?.

Bu arada Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qorunmaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl etmək lazımdır.

Dövlət Yol Polisi də küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsi yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.

Bizimlə əlaqə saxlayın