Gədəbəy Rayon İcra Hakimiyyətinin 4 MİLYONLUQ TENDERİ - SİYAHI

20, 12, 23
11:30

Gədəbəy Rayon İcra Hakimiyyətinin 4 MİLYONLUQ TENDERİ - SİYAHI

Gədəbəy Rayon İcra Hakimiyyəti bağladığı tender müqavilələri ilə həm diqqət çəkib, həm də özünü şübhə altına salıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən 2022-2023-cü illərdə ümumilikdə 4.5 milyon manatdan çox müqavilə imzalanıb və həmin məbləğlər qalib şirkətlərin balansına köçürülüb.

Maraqlısı ondadır ki, icra orqanının yarım milyonluq və ya 10 minlərlə manat məbləğində olan pulların rol oynadığı tenderdə qalib seçdiyi bir çox şirkətlərin nizamnamə kapitalı cəmi 10 manatdır.

2023-cü ildə Gədəbəy Rayon İcra Hakimiyyəti və tabeliyindəki qurumlar tərəfindən bağlanılan tender müqavilələrinin siyahısını təqdim edirik:

Verilən məlumatlara görə, işlərin bir qismi Gədəbəy rayon ərazisində görülüb, digər işlər isə hələlik sual altındadır. Ayrılan tenderin maliyyə məbləğindən xəbər yoxdur.

Gədəbəy Rayon İcra Hakimiyyəti – “BİRLİK-23” MMC- Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların abadlaşdırılması – Məbləğ:513.763,66 AZN
Gədəbəy Rayon İcra Hakimiyyəti – “BİRLİK-23” MMC – Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması- Məbləğ: 588.378,38 AZN
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan “Birlik-23” MMC-nin qanuni təmsilçisi Vahid Ağamalıyev Rəşid oğludur.

Gədəbəy Rayon İcra Hakimiyyəti – Gədəbəy şəhəri, mini parkda və mədəniyyət evinin qarşısındakı parkda abadlıq işləri – “RESİNG CONSTRUCTİON GROUP” MMC – Məbləğ: 89.334,02 AZN
Gədəbəy Rayon İcra Hakimiyyəti – Gədəbəy şəhərinin mərkəzində yerləşən mini parkda abadlıq işləri Məbləğ: 127.946,5 AZN – “GİRDİMAN TƏMİR-TİKİNTİ” MMC

Bu MMC-nin qanuni təmsilçisi Mirhicab Əşrəfov Mirhüseyn oğludur, nizamnamə kapitalı isə 40 AZN-dir.

Gədəbəy Rayon İcra Hakimiyyəti – Gədəbəy şəhərində şəhərdaxili küçə, meydan və parkların abadlaşdırılması – “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2″ ASC – Məbləğ: 917.006,56 AZN
Qalib ASC-nin nizamnamə kapitalı 143 min 104 Manat, qanuni təmsilçisi isə Məhərrəm Zeynallı Aslan oğludur.
Gədəbəy Rayon İcra Hakimiyyəti – “ƏRDAGI” MMC – Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması – Məbləğ: 817.830,27 AZN
“ƏRDAGI” MMC-nin nizamnamə kapitalə 10 manat 60 qəpik, qanuni təmsilçisi Nazim Məmmədov Fuad oğludur.

Yuxarıda Gədəbəy rayonuna ayrılan tenderlərin bir qismini yəni ki, böyük məbləğdə olanlarını təqdim etmişik. (Sizin.media)

Ardı var…

Bizimlə əlaqə saxlayın