İki keçmiş cəbhəçinin başının üstündə bir Ərdoğan havası - biri çal deyir, digəri çalma

19, 08, 18
16:53

İki keçmiş cəbhəçinin başının üstündə bir Ərdoğan havası - biri çal deyir, digəri çalma

Bildiyiniz kimi son vaxtlar Amerka-Türkiyə arasında baş verən iqtisadi-siyasi-ideoloji müharibə artıq bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə müxalifət partiyalarında təmsil olunan şəxslər bu məsələyə münasibət bildirməyə birmənalı ehtiyat edirlər, amma vaxtı ilə AXCP partiyasında olub indi partıyadan fikir ayrılığına görə uzaqlaşan şəxslər isə bu məsələyə biganə qalmadıqlarını ara-sıra ifadə edirlər. Görünür, partiyadan aralandıqdan sonra öz fikirlərini sərbəst yazmaqla cəmiyyətdə kifəyət qədər özlərinə oxucu kütləsi toplamağı bacarıblar. Azerbaycanrealligi.com xəbər verir ki,  Onlardan biri AXCP sədrliyinə namizəd olmuş, lakin mübarizəni sonda yarı yolda dayandırmış və buna görə də bir çox tərəfdar kütləsini itirən Sahib Kərimlidir, digəri isə öz istəyi ilə AXCP-in mərkəz rayonlarından biri Nərimanov AXCP şöbəsinin məclis sədrliyindən istefa verən Rüfət Əliyevdir. Sahib Kərimli Türkiyənin indiki ölkə başçısı Rəcəb Ərdoğanı dəstəkləyir, digəri isə öz statuslarından gördüyümüz qədər dəstəkləmədiyi hiss olunur.

Sahib Kərimli statusu: 

"Ayfon qıranlar, dollar cıranlar həm də əsgəri gücdür, rəqibə göstərirlər." 


Rüfət Əliyevin ona cavab statusu: 

"İdeyaları böyük, potensialı kiçik olan insanlar, bir müddət sonra özlərini uğurlu göstərmək üçün uğurlu birini hər vəchlə müdafiə edib, öz uğursuzlarını kompensasiya edirlər. Siyasətdə bunlara fanatiklər deyilir."

İndi isə sizə onlardan biri, AXCP sədrinə sabiq namizəd Sahib Kərimli haqqında bəhs edəcəyəm. O, 20 ilə yaxın AXCP üzvü olmuş, sədrin müşaviri və RH üzvü kimi fəaliyyət göstərmişdir. Partiya sədrliyinə iddia edəndə bir nəfər belə onu müdafiə etməmişdi. Hətta qurultayda namizədliyini irəli sürməyə bir qurultay nümayəndəsi tapmadı ki, namizədliyini irəli sürsün. Qısası, ümümi çıxışdan sonra, Əli Kərimlidən üzr istəyəcək tərzdə sanki Kərimliyə möhlət verirmiş kimi ünvanına səsləndirdiyi tənqidlərə monitorinq qoyacağını deyib. Qısa bir müddətdən sonra vədini də pozub. Özünün də formalaşdırmasında əməyi olduğu Şəki RT-da belə müqavimət göstərə bilməyib, partiyadan çıxarıldı. İndi də bütün bu uğursuzluqları, Ərdoğanın uğurlarının fonunda kompensasiya edir.

Siyasət öz baxışı, öz fikri, öz yanaşması olanların peşəsidir. Başqalarının uğurlarını kopyalamaq, təqlid edənlərin peşəsi deyil. Sayğılarla.


P.S Bloka getməyi gözə almışam)

Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın