Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binanın üzərində əlavə tikili inşa edib - FOTO

11, 01, 24
14:30

Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binanın üzərində əlavə tikili inşa edib - FOTO

Baş Nazirin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun İstanbulda tarixi binaya qanunsuz müdaxilə etdiyi iddia edilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Türkiyənin “Bir Gün” nəşri məlumat yayıb. Nəşr yazır ki, vətəndaşlıq aldıqdan sonra Türkiyədə otellər alaraq tikinti işlərinə başlayan İsrafil Abutalıbov İstanbulun Fatih səmtində də bir çox mülklər əldə edib.

“2017-ci ildə Küçükayasofya məhəlləsində ikisi şəxsi, biri isə qismən vəqf mülkiyyətində olan binaları satın alan Abutalıbovun bərpa işləri çərçivəsində tikililərə qeyri-qanuni müdaxilələr, əlavələr etdiyi iddia olunur.

İsrafil Abutalıbov tarixi binaların memarlıq xüsusiyyətlərinə zərər verməklə bərpa işlərini aparıb. Şikayət əsasında bina möhürlənsə də, tikinti işləri dayandırılmayıb”, - “Bir Gün” yazır.  
İddiaya görə, İ. Abutalıbovun qonşuluğunda yaşayan İlyas Bayezit adlı şəxs sözügedən hal ilə bağlı aidiyyəti qurumlara şikayət etsə də, illərdir heç bir tədbir görülmür.

Sözügedən mülklərin yanındakı binada mənzili olan İ. Bayezit aparılan bərpa işləri nəticəsində pəncərələrin tamamilə bağlandığını bildirib. Bayezit 2019-cu ildə bununla bağlı müxtəlif yerlərə şikayət edib. Bununla belə, şikayətlərə ancaq 2020-ci ildə baxılıb.
 “İstanbul Böyük şəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, Ekologiya və Şəhərsalma Nazirliyinə, həmçinin Vəqflər Baş İdarəsinə edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib. Lakin buna baxmayaraq heç bir söküntü işləri aparılmayıb. 2021-ci ildə prokurorluğa verilən şikayət ərizəsi də nəticəsiz qalıb”, - dərc olunan yazıda bildirilir.

İsrafil Abutalıbov da öz növbəsində İlyas Bayezitdən prokurorluğa şikayət edib. Bayezitin müxtəlif yerlərə şikayət etməsinin məqsədinin onu pulla hədələmək olduğunu əsas gətirən Abutalıbov, Bayezitin “Mənə pul verməsəniz, sizdən daha çox şikayət edəcəyəm”, - dediyini iddia edib. 
İsrafil Abutalıbov

Prokurorluğa təqdim etdiyi vəsatətdə Bayezit də Abutalıbov tərəfindən ona hədə-qorxu gəlindiyini və şikayətlərindən sonra İ. Abutalubovun qəbuluna çağırıldığını, ancaq bu görüşün iş yerinə basqın kimi göstərildiyini bildirib.

O, Abutalıbov tərəfindən “Bilal Ərdoğanı tanıyıram” deyərək hədələndiyini də iddia edib. Bayezit illərlə davam edən mübarizədən sonra verilən qərarların həyata keçirilməsini istəyib. 

Bizimlə əlaqə saxlayın