Baş həkimdən xəstəyə qarşı ədəbsizlik: “gördün pilləkən var, gəlmə, çıx get”

21, 08, 18
09:40

Baş həkimdən xəstəyə qarşı ədəbsizlik: “gördün pilləkən var, gəlmə, çıx get”



Bakı sakini özəl klinikanın baş həkiminin davranışlarından narazıdır. O, tibb mütəxəssisini müvafiq qurumlara şikayət edəcəyəni söyləyir.

 Azerbaycanrealligi.com minval.info-ya isitnadən xəbər verir ki, Nigar Qəmərli adlı paytaxt sakini  Bakıda fəaliyyət göstərən “İstanbul Clinic” xəstəxanasında başına gələn hadisə barədə danışıb.

“Ayağımı zədələmişəm, həkim mənə fizioterapiya yazdı. Bu vəziyyətdə güclə gəzdiyim üçün evimin yanındakı klinikaya getdim. “İstanbul Clinic”-ə daxil olmaq üçün uzun pilləkənləri çıxmaq lazımdır və başqa hər hansı bir girişi yoxdur. Bu məsələni oranın baş həkimi Ümman Abbasovaya dedim. Ondan soruşdum ki, “mənim kimi və daha ağır xəstələr buraya necə gəlsin”, o isə “gördün pilləkən var, gəlmə, çıx get” cavabını verdi” – şikayətçi bildirib.

Nigar xanım onun bu cür reaksiyasına şok olduğunu qeyd edib və həkimə “siz xəstəyə necə belə deyə bilərsiniz?” deyib. O isə yenidən “hə də, pilləkən var, gelmə” sözlərini söyləyib.

N.Qəmərlinin iddiasına görə, həkimə bildirib ki, onu bu münasibətinə görə, şikayət edəcək. Amma tibb mütəxəssisi “hara istəyirsən,  şikayət et” deyib. O, bütün baş verənlərə görə susmayacağını və müvafiq addımlar atacağını qeyd edib.

Məsələylə əlaqədar adıçəkilən klinika ilə əlaqə saxlamağa çalışdıq. Telefon zəngimizə cavab verən xəstəxana əməkdaşı hazırda mətbuata açıqlama verəcək şəxslərin iş başında olmadığını söylədi.

 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın