İmişli rayon sakinləri "Azəriqaz"ın baş direktorundan kömək istədi: Yüzlərlə körpə soyuqda qalıb - VİDEO

18, 01, 24
09:30

İmişli rayon sakinləri "Azəriqaz"ın baş direktorundan kömək istədi: Yüzlərlə körpə soyuqda qalıb - VİDEO

İmişli Rayonun Bəhrəmtəpə qəsəbəsində yüzlərlə ev doqquz ildir qazsız qalıb. 

Qaz xətti həmin küçələrdən 10-15 metir kənardan keçməsinə baxmayaraq  həmin küçələrə qaz çəkilmir. Vətəndaşlar 9 ildir Azəriqaza müxtəlif media vasitəsi ilə və yaxud da yazlı şəkildə müraciət etsələrdə, onlar etdikləri müraciətdən müsbət cavab ala bilmirlər. Problem isə olduğu kimi qalmaqdadır. 

Çıxılmaz vəziyyətdə qalan vətəndaşlar “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevdən kömək istəyiblər "Azərbaycan Reallığı" onların müraciətin olduğu kimi təqdim edir.

Hörmətli Ruslan Müəllim  hərkəsə maraqlıdır 9 ildir o küçələrə qaz hansı səbəbdən çəkilmir? Vətəndaşlar şikayyətin kimə bildirsin? Qışın soyuqunda gənc ailələrin məskunlaşdığı evlər qazsız qalıb. 

Sözü gedən evlerdə  yüzlərlə körpə uşaqlar var. Onlar qışın bu sərt soyuq havasında nə etsin? Uşaqlar bizim gələcəyimizdir. Onları xəstəlikdən qorumaqda bizim borcumuzdur. 

Azəriqaz istəsə həmin 6 küçəni 2-3 gün ərzində Qazla təmin edər. Amma nədənsə rayon rəhbərliyi bu problemi bunu görməməzliyə və qulaq ardına vurur. Bunun üçün sizin şəxsən göstəriş verməyinizi sizdən xahış edirik.  

Ümüd edirik ki, Müraciətimizi nəzarətə götürəcəksiniz. Yaxın vaxtlarda bizimdə ev və küçələrmiz qazla təmin olunacaq.

Əlaqə nömrəsi: (050) 6580888 Elçin 
 

Bizimlə əlaqə saxlayın