TƏBİB 2 milyonluq keyləşdirən vasitə alır

22, 01, 24
13:30

TƏBİB 2 milyonluq keyləşdirən vasitə alır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üçün narkotik, güclü təsiredici və psixotrop dərman vasitələri və tibbi sənəd formaları alınır.

“Azərbaycan Reallığı”nın məlumatına görə, TƏBİB-in tabeliyində İnnovasiya və Təchizat Mərkəzi bununla bağlı “Azərtibbtəchizat” MMC ilə razılaşıb.


Şirkətə məhsullarla bağlı 2 milyon manat ödəniş ediləcək.

Bizimlə əlaqə saxlayın