"Kəpəz Hospital"da qalmaqal: Həkim kor olan pasiyentin oğlundan şikayət etdi - Cinayət işi açıldı

24, 01, 24
15:00

"Kəpəz Hospital"da qalmaqal: Həkim kor olan pasiyentin oğlundan şikayət etdi - Cinayət işi açıldı

Nəsimi rayonunda yerləşən "Kəpəz Hospital"da əməliyyat olunan pasiyentin kor olması ilə bağlı cinayət işi açılıb.

"Azərbaycan Reallığı"nın məlumatına görə, Gülşən Adışirinova həmin xəstəxanada bir gözündən əməliyyat olduqdan sonra göz öz funksiyasını itirib və nəticədə onda korluq yaranıb. 
 
Həmin hadisədən sonra qarşı tərəf hospital barəsində Nəsimi Rayon Prokurorluğuna şikayət ərizəsi verib və bununla bağlı prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır. 
 
Əməliyyat isə "Kəpəz Hospital"ın həkimi Hicran Abbasovanın (Rüstəmova) rəhbərliyi ilə aparılıb. 
 
Hicran Abbasova da öz növbəsində pasiyent Gülşən Adışirinovanın oğlu, 2001-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olan İsmayıl barəsində polisə şikayət ünvanlayıb. Həkim iddia edib ki, İsmayıl anasının durumu ilə bağlı ona zəng vuraraq, təhqir edib. 
 
Vətən müharibəsi qazisi olan İsmayıl barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub. Təqsirləndirilən şəxs məhkəmədən "Kəpəz Hospital"ın həkimi Hicran Abbasovanın və digərlərinin anasını kor etdiklərini iddia edib. O, anasının durumu ilə bağlı həkimlə danışdığını və qarşı tərəfin onu təhiq etdiyini bildirib. 
 
Məhkəmə iclasında iştirak edən Hicran Abbasova bildirib ki, İsmayılın anası Gülşən Adışirinova həmin xəstəxanada bir gözündən əməliyyat olduqdan sonra müalicəni düzgün və vaxtında icra etmədiyi üçün göz öz funksiyasını itirib, nəticədə onda korluq yaranıb. Həkim qeyd edib ki, qadının əvvəlcədən bir gözü görmürmüş. Həkim məhkəmədən İsmayıl barəsində daha ciddi inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş edib.
 
Məhkəmənin hökmü ilə İsmayıl barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq olunub. 

Bizimlə əlaqə saxlayın