"Rəqqasə Səma” yaxınları ilə restorana hücum edərək müğənini döyüb, xəsarət yetirdilər

31, 01, 24
11:38

"Rəqqasə Səma” yaxınları ilə restorana hücum edərək müğənini döyüb, xəsarət yetirdilər

Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 72-də yerləşən "BOSS BAKU LOUNGE" kimi tanınan restoranda bir qrup şəxs məkana daxil olub müğənni Aynur Nəbiyevaya hücum çəkərək ağır xəsarət yetiriblər.

"Azərbaycan Reallığı" hadisəni törədən şəxslərin kimliyi barədə məlumat əldə edib. Hadisəni təşkil edən Rəqqasə Səma, onun yaxınları Leyla, Fidan, və Könül adlı şəxslər olub.

Onlar mügənninin oturduğu kabinetə hücum edib, onu döyərək xəsarət yetiriblər. Hadisədən sonra mügənni 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib. Hal-hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın