McDonald's restoranlarında 50-yə yaxın insan zəhərləndi, biri vəfat etdi

23, 10, 24
09:30

McDonald's restoranlarında 50-yə yaxın insan zəhərləndi, biri vəfat etdi


ABŞ-da McDonald's restoranlarında 49 nəfər bağırsaq çöpləri ilə zəhərlənib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəsmi saytında məlumat verilib.

Mərkəzin verdiyi məlumata görə, Kolorado ştatında yaşlı bir şəxs həyatını itirib. Bir uşaqda isə hemolitik-uremik sindrom inkişaf edib.

Zərərçəkənlərin çoxu McDonald's-da "Royal Cheeseburger" yeməklərini yediklərini bildiriblər.


Bizimlə əlaqə saxlayın