İlham Əliyev 92.05 faiz səs toplayıb - MSK açıqladı

08, 02, 24
12:00

İlham Əliyev 92.05 faiz səs toplayıb - MSK açıqladı

Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

“Azərbaycan Reallığı"ın məlumatına görə, MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, İlham Əliyev liderdir. O, seçicilərin 92.10 faiz səsini qazanıb. İlkin nəticələrə görə, 2 milyon 497 min 542 nəfər İlham Əliyevə səs verib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,20 faiz (59 719 səs) ;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (53 986 səs) ;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,78 faiz (48 315 səs) ;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,79 (21 406 səs) ;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 (17 855 səs) ;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,8 faiz (12 981 səs).

MSK sədri Məzahir Pənahovun sözlərinə görə, bu nəticələr 3531 məntəqədən daxil olub. Bu məntəqələrdə etibarlı hesab edilmiş səslərin sayı 2 milyon 711 min 804-ə bərabərdir.

***

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov elan edib.

Məzahir Pənahovun sözlərinə görə, hazırda 6 537 məntəqədən 6102-nin nəticələri daxil olub.

İlkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

Lider namizəd İlham Əliyev - 92,05 faiz (4 milyon 281 min 625);

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,19 faiz (101 min 851) ;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 2 faiz (92 min 980) ;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,76 faiz (81 min 799) ;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev  - 0,8 faiz (37 min 386);

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,67 faiz (31 min 33);

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,53 faiz (24 min 799)

Bizimlə əlaqə saxlayın