"Kənd məhsulları" adı ilə aparılan oyunlar - "Kərə yağı" aldım "Sana" çıxdı

01, 03, 24
10:00

"Kənd məhsulları" adı ilə aparılan oyunlar - "Kərə yağı" aldım "Sana" çıxdı

"Mənə xəyanət olunub ...
 
Həmişə kənddən inandığım adamdan kərə yağı alıram. Bu dəfə bir az yağın dad və tamından şübhələndim, hamının bildiyi ənənəvi metodla yoxladım, gördüm ki, nə isə ürəkaçan deyil. 
 
Şübhələr içimi didib-dağıtdı ki, güvəndiyim insan niyə mənə xəyanət etdi?
 
Özü də qida sarıdan kaprizlərimi bilə -bilə!"
 
Bu sözləri jurnalist Fəridə Aslanova sosial şəbəkə hesabında yazıb.
 
"İçimdə qara düşüncələri gəzdirməksə, açıq danışmağa üstünlük verirəm.  Zəng etdim, xanıma dedim ki, düzü, inanmıram sən təbii kənd məhsuluna süni nə isə  qatasan, amma özaramızdı, bu yağ həmişə aldığım yağdan deyil ha! 

Qadın tutulub qaldı. Dedi mən öz yağıma qarantiya verirəm, amma həmin həm evdəkilər, həm də elə sənin özün də məni tələsirdin, mən də gedib güvəndiyim adamdan alıb sənə göndərdim.
 
Sanki etirafı günahından böyük oldu...
 
Dedim kaş ki, verməzdin, "Sana" yağının tamı gəlir.  
 
Demirəm o biri yağlar pisdir, nə istifadə edirəm, nə də ki pisləyirəm...
 
Qadın pərişan oldu və təəssüfləndiyini bildirdi, dedi ki, qaytar ver özümə, soxacam onu mənə sırıyanın gözünə!
 
Ona irad tutdum ki, bəs mən səndən alıram, sən niyə gedib başqasından alırsan və sonra mənə göndərirsən? 
 
Susub qaldı. Min dəfə üzr istədi. 
 
Nə isə...
 
 Düşünürəm ki, insanların bir -birlərini bu cür aldatmağı sanki zəncirvari qəza kimi bir şeydir. Gör neçə adam zərər görə bilərdi...
 
Yağ məsələsini sübut etmək üçün daha ciddi bir dəlil-sübut axtarmağa çalışdım. Dedim bəlkə mənə elə gəlir ki, bu yağ o yağ deyil. 
 
 Qida Təhlükəsizliyi Ağentliyinin labarotoriyası ilə əlaqə saxladıq. Kərə yağı olub-olmamasını aydınlaşdırmaq üçün qiyməti soruşduq, dedilər ki, kərə yağının analizi 118 manatdır.
 
 Yağı 15-16 manatdan aldığımı düşünəndə 118 manata təxminən 7 kq yağ edir. 
 
Elə laborotoriyaya o pulu ödəyincə aldığım yağı tullayıb, yenisini alaram da. 
 
Hissiyatımız ən güclü labarotoriyadır. 
 
Sözüm odur ki, hər şey yolunda getsə, ən xırda şeyə görə insan bu qədər əziyyət çəkməz. Gedirmi? Xeyr! Kim harda kimi görür, aldadır, atan-atanadır. 
 
Mənə də qida sarıdan xəyanət edəni heç vaxt bağışlaya bilmirəm. 
 
Bəzən dost-tanış deyir ki, məsələni çox şişirdirsən, burada nə var ki? Guya yediklərimizin hamısı 100% təbiidir? 
 
Kiməsə dəli keçi kimi görünə bilərəm, qoy olsun, amma hər kəs etdiyi səhv hərəkətin cəzasını çəkməlidir. 
 
Çörəyin içindən bir lopa zibil çıxandan sonra çörəkdən imtina etdim, bir ildən çoxdur dilimə çörək dəymir, indi də ümumiyyətlə yağdan da imtina edim? 
 
Dərindən düşünəndə hansı qida, hansı məhsul safdır ki?

O qədər şeylərdən imtina etmişəm ki, bir azdan görəcəksiniz ki, yoxa çıxmışam.
 
Bir də görəcəksiniz ki, qida təhlükəsizliyimiz şübhə altında olduğu üçün aclıq aksiyası keçirirəm... Bəzən imtina etməyin özü bir mədəniyyətdir. Üzümüzə gülə-gülə bizi zəhərləyirlər. 
Qidalanmağınıza diqqət edin. 
 
Məndən demək...".

Bizimlə əlaqə saxlayın